Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR Assistent)

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR Assistent)

Bu kurs HR sahəsində yenicə işə başlayanlar, Heç bir təcrübəsi olmayıb bu sahədə karyera qurmaq istəyənlər,HR işi üçün şirkətlərə təcrübə proqramına baş vurmaq istəyən tələbələr və magistrlər üçün nəzərdə tutulub:. Sıxıcı nəzəriyyədən uzaq, öyrədilən bilikləri praktik çalışmalarla möhkəmləndirmək üzərində qurulmuş dərslərimizdə iştirak etməklə siz HR sahəsinə fundamental bacarıqlara yiyələnəcək, HR assistent kimi formalaşacaqsınız.

Modul 1

- İnsan resurslarının idarə edilməsinin sosial, psixoloji, iqtisadi və hüquqi tərəfləri

 Əmək bazarı və işəgötürənin brendi. Employer branding, 

- İnsan Resurslarının planlanması. 

Daxili və xarici rekrutinq

- Namizədin dəyərləndirilməsi, LAB-profile

- İşə qəbul və adaptasiya. Adaptasiya planı

 

Modul 2

-  İşə qəbulla bağlı sənədləşmə. Hansı sənədlər və niyə tələb edilir?

- Əmək müqaviləsi necə bağlanır (müqavilə necə olmalı, kimlər müqavilə bağlaya bilər) 

- Sınaq müddəti nədir, necə verilir. Sınağı keçmədikdə sənədləşdirmə: praktik oyunlar

- Əmək müqaviləsininin müddəti. Müddəti uzadılması vəə ya  bundan imtina edilməsi 

- İşdən çıxma halları. Prosesin sənədləşdirməsi necə aparılır

 

Modul 3

- Ezamiyyət və onun sənədləşdirilməsi qaydası 

- İşçilərin məzuniyyəti. Məzuniyyətin növləri və onun tənzimlənməsi 

- Məzuniyyət qrafikləri. Məzuniyyət necə sənədləşdirilir 

- Praktik çalışmalarla müxtəlif məzuniyyət situasiyalarının araşdırılması  

Modul 4

- Əmr, sərəncamprotokol, akt, arayış necə hazırlanır

- Əmək kitabçalarının yazılması və uçotunun parılması

- Ərizələrin yazılması və uçotunun aparılması

- Müqavilənin uçotu.  Hesabatların hazırlanması və tərtib edilməsi

- Elektron portalda icra edilən işlərin praktik şəkildə öyrədilməsi

 Təlim ümumi olaraq 15 saatlıq proqramı əhatə edir.
Təlim 1.5 saat təşkil edir.
6 İyul (Şənbə) 13:00-14:30
10 İyul (Çərşənbə19:00-20:30
13 İyul (Şənbə) 13:00-14:30
17 İyul (Çərşənbə19:00-20:30
20 İyul (Şənbə) 13:00-14:30
24 İyul (Çərşənbə19:00-20:30
27 İyul (Şənbə) 13:00-14:30
31 İyul (Çərşənbə19:00-20:30
03 Avqust (Şənbə) 13:00-14:30
07 Avqust (Çərşənbə19:00-20:30
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan və Equalpress.az portalının təsisçisidir.
 
HR menecment və Keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə, Nazirlər Kabinetinin İçərişəhər İdarəsində çalışmışdır. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group İnvestment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, AZUN, OVEN, Koroğlu, Improtex Industries, GRBS və s şirkətlər üçün HRM, QMS, KPİ üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
Təlim 15 saat təşkil edir. Dərslər həftədə 2 dəfə, hər dərs 1.5 saat olmaqla 19:00-dan 20:30-dək davam edir. Xidmət haqqı (tam proqram üçün) 149 AZN-dir. Tələbələr üçün 99 AZN 

Təlimə daxildir:
- Təlim iştirakçıları üçün dərslik
- Kursun proqramının 80% -də iştirak edənlərə iştirakçı sertifikatı verilir. İmtahanı uğurla başa vuranlara "Müvəffəqiyyət" sertifikatı verilir
 
 Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər
Web: http://businesshouse.az/
E-mail: [email protected]
Tel: 050 295 05 64
 

Seminar 11 İyun 19:00 tarixində keçiriləcək. Seminarda mühasiblər, HR mütəxəssis...

ƏMƏK HAQQININ HESABLANMASI QAYDASI (PAYROLL)

11 İyul 19:00 tarixində keçiriləcək bu Təlim HR mütəxəssislər və mühasiblər üçün...

ƏMƏK MƏCƏLLƏSİ VƏ KADR KARGÜZARLIĞI

27 İyun 19:00 tarixində keçiriləcək bu seminar HR mütəxəssislər və mühasiblər üç...

MƏZUNİYYƏTİN HESABLANMASI VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Bu kurs HR sahəsində yenicə işə başlayanlar, Heç bir təcrübəsi olmayıb bu sahədə...

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR Assistent)

Bu təlim şirkət rəhbərləri və Top menecerləri üçün nəzərdə tutulmuşdur.

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (Rəhbərlər üçün)

Bu təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub: HR sahəsində yenicə işə başlaya...

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR professional)

“İR Planlama və Rekruitment ” mövzusunda sayca 3-cu dəfə praktik təlimə start ve...

İNSAN RESURSLARINI PLANLAMA VƏ REKRUİTMENT

İnsan Resurslarının idarə edilməsi sahəsində çalışan və ya bu sahədə öz biliklər...

PERFORMANS DƏYƏRLƏNDİRMƏ VƏ MOTİVASİYA

Bu təlim İnsan resursları sahəsində iş təcrübəsi olan HR menecerləri, baş və böy...

İŞÇİ TURNOVER VƏ KARYERA İNKİŞAFI PLANLANMASI