DİGİTALDA NECƏ EFFEKTİV REKLAM VERMƏLİ

marketing

İndiki dövrdə daha az reklam xərci ilə necə daha çox müştəri əldə edə bilərəm sualı hamını düşündürür. Bunun çox sadə bir cavabı var yeni müştəri əldə etmək üçün çoxda çalışma vahid Köhnə Müştərilər üzərində işlə !!!

2018 ci statistikaları göstərir ki, veb-saytlarımıza daxil olan yeni müştərilərin 92% bizdən hər hansı bir alış veriş etmədən veb saytımızı tərk edirlər. Buda onu göstərir ki, müştərilər ilk gördüyü anda o brendə qarşı güvən yaranmır və məhsul haqqında məlumat yadından çıxır. Bu güvəni yaratmaq və ya remind etmək üçün eyni müştərilərin qarşısına çıxmaq lazımdır. Birdə unutmayın ki 92% müştərinin sayta daxil olması üçün müəyyən reklam xərcləri çəkirsiniz. Bir sual ortaya çıxacaq, olmazmı ki mənim məhsulumu alan 8%-lik müştəri kütləsi üçün pul ödəyim? cavab:bəli mümkündür.

Google-da reklam verilən zaman CPA (cost per action) strategiyası istifadə olunur, burada action dedikdə sayt daxili hər hansı bir əməliyyət ( alışveriş səbətinə əlavə etmək, zəng, qeydiyyat linki, whatsapp-a keçid). CPA nə qədərdə CPC (cost per click) və CPM (cost per mille) -dən 5-6 dəfə baha olsada bir başa real müştəri kütləsi gətirdiyi üçün professionallar tərəfindən daha çox istifadə olunur.

2017 ci statistikasına əsasən səbətə məhsul əlavə edənlərin 70%-i alış həyata keçirmirlər. Bu tip müştərilər arasında sorğu keçirildiyi zaman 1 ci yerdə qərarsızlıq 2 ci yerdə brendə qarşı güvənsizlik olsada 3 cü yeri tutan səbəb isə yaddan çıxmaq gəlir. 1 ci və 3 ci tip insanları çox rahatlıqla müştərinizə çevirə bilərsiniz.

Başqa bir yoluda Dijital marketinqdə "retargeting" (təkrar hədəfləmə) anlayışı var ki, burada sizin saytınıza və ya instagram və facebook səhifələrinizdə hər hansı bir hərəkət (click, like, share, comment, going, interested) ediblərsə onlara yenidən reklamlarınızı göstərərək yeni satış etmə etimalınız artır. Bunu etmək üçün Facebookun bizə təqdim etdiyi Pixel və Custom Audience istifadə edilir. Gələn blog yazılarımızda Facebook PixelCustom Audience haqqında ətraflı məlumat verəcik.