ƏMƏK MÜQAVİLƏSİNİN AR ƏMƏK MƏCƏLLƏSİ 70.Ç İLƏ Ləğvi

emek muqavilesinin legvi

İşçinin əmək müqaviləsi işəgötürən tərəfindən ƏM - nin 70-ci maddəsinin «ç» yarımbəndi əsasında ləğv etdikdə praktikada bəzən çətinlik meydana çıxır. Belə ki, bəzi HR-lar ƏM 70 «ç» -nin məhz 2 müstəqil əsasdan (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmasını dərk etməyərək, əmək müqaviləsinin ləğvinə dair əmrdə və işçinin əmək kitabçasında 70 «ç» -ni bütövlükdə köçürülməsi ilə kifayətlənirlər. Bu səhv isə gələcəkdə məhkəmə mübahisəsi zamanı fəsadlara yol aça bilər.