Vergi hesabatlılığı xidməti
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin mənimsəməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.
Vergi uçotunun əsəs məqsədi müəssisədə baş vermiş hər bir təsərrüfat əməliyyatının vergi məqsədləri üçün necə uçota alınması barədə tam və düzgün məlumatların formalaşmasıdır.
Vergi auditi:
Müəssisənin AR vergi qanunvericiliyinə əməl etməsinin yoxlanılması, vergi hesabatlarının düzgünlüyünün təsdiq edilməsi
Fiziki və hüquqi şəxslərin verginin hesablanması və ödənilməsi üzrə konsultasiyası
Vergi yoxlamalarının müşahidəsi. Vergi yoxlamasının aktı üzrə etirazların hazırlanması
Vergi hesabatlılığının aparılmasında yardım:
Ərizələrin, şikayətlərin, xahişlərin və digər prosessual sənədlərin hazırlanması
Nəzərdə tutulan sazışlərin vergi nəticələrinin qiymətləndirilməsi
Vergi planlaşdırma və uçotu sisteminin qurulması
Vergi uçotunun aparılması, vergi bəyannamələrinin tərtib edilməsi və AR qanunvericiliyi əsasında ödəniləcək vergilərin hesablanması
Bizə yazın Zəng edin