Mühasibatlıq xidmətləri

Mühasibat uçotu biznesin və iqtisadiyyatın dili hesab olunur. Bu dil vasitəsi ilə müəssisələrin keçmiş və hazırki vəziyyətini öyrənmək, eyni zamanda gələcəyi haqqında proqnozlar yürütmək mümkündür. Mühasibat uçotu dedikdə, müəssisənin bütün maliyyə-təsərrüfat fəaliyyətini pul ifadəsində sənədləşdirilməsi və bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemi nəzərdə tutulur. Başqa sözlə desək, şirkətlərin fəaliyyətində ən önəmli sahələrdən biri məhz mühasibat sahəsidir.
Təbii ki, belə önəmli sahəyə də məhz zəngin təcrübəyə malik peşəkarlar nəzarət etməlidir.  

Şirkətimiz mühasibat xidməti üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Mühasibat uçotunun aparılması, mühasibat (maliyyə) hesabatlarının formalaşdırılması (Fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti)
  • Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi,  Dövlət Sosial Müdafiəsi Fondu,  Statistika İdarəsi və digər idarələrə təqdim olunması) təqdim edilməsi
  • Mühasibat uçotunun qurulması və/və ya bərpa edilməsi (mühasibat uçotunun aparılması üzrə konsultasiyalar)
  • Müəssisənin əsas vasitələrinin inventarizasiyası
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası
  • Vergi qoyma və vergi planlaşdırılması
  • Uçot siyasətinin işlənilməsi və optimallaşdırılması (müəssisənin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi)


Bizə yazın Zəng edin