Audit Xidmətləri

Audit xidməti haqqında:

Audit  - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur.
Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. 

Şirkətimiz aşağıdakı daxili audit xidmətlərini təklif edir:

Azərbaycanın milli mühasibat uçotu standartlarına uyğun maliyyə (mühasibat) auditi
Beynəlxalq maliyyə uçot standartlarina uyğun maliyyə hesabatının auditi
Daxili nəzarət sisteminin qiymətləndirilməsi
Əsas vəsait və qeyri maddi aktivlərin auditi
İstehsal ehtiyyatlarının auditi
Pul vəsaitlərinin auditi


Bizə yazın Zəng edin