Bizi izlə:

Biznes üçün hər şey

Əsas səhifə ƏMƏK MƏCƏLLƏSİ VƏ KADR KARGÜZARLIĞI

ƏMƏK MƏCƏLLƏSİ VƏ KADR KARGÜZARLIĞI

Bu Təlim HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

 Əmək Qanunvericiliyi Sisteminin izahı
- Əmək sahəsində yerli Normativ Hüquqi Aktlar və beynəlxalq sənədlər haqda məlumat.
- Əmək münasibətləri ilə Mülki münasibətlər arasında fərq. Mülki Müqavilə (podrat və tapşırıq müqaviləsi)

 Əmək müqaviləsi və əmək münasibətləri
- Əmək müqaviləsi necə olmalıdır. 
- Müqavilə tərəfləri 
- Müqavilə bağlamaq üçün hansı sənədlər niyə lazımdır
- Əmək müqaviləsinin qüvvəyə minməsi 
- Müddətli və müddətsiz əmək müqaviləsi. Müqavilənin müddətinin uzadılması. 
- Sınaq müddəti və sınaq aid edilməyən hallar.

 Əmək şəraiti və şərtləri
- Əmək şəraiti və əmək şərtlərinin izahı
- Əmək şərtlərinin dəyişdirilməsi
- Əmək müqaviləsinə dəyişiklik necə edilir

 Rotasiya və həvalə
- Vəzifə və funksiyalar. Vəzifə və peşə anlayışı
-Başqa işə keçirmə (rotasiya) və həvalə
- Əvəzçilik üzrə iş
- İşdən kənarlaşdırma

 İş və istirahət vaxtı
- İş vaxtı. İstirahət vaxtı və qeyri iş günləri arasındakı fərq
- Qısaldılmış iş vaxtı və natamam iş vaxtı
- Ağır və zərərli iş yerləri və belə iş yerlərində iş vaxtı
- İş vaxtından artıq iş
- İş vaxtının uçotu. İstehsalatda və növbəli iş rejimində iş vaxtının uçotu 
- Gecə, gündüz və axşam vaxtında iş. Gecə vaxtı iş ilə gecə növbəsindəki iş arasındakı fərq

 Məzuniyyətlər
- Məzuniyyət və onun növləri
- Əmək məzuniyyətlərin müddəti və onun verilməsi qaydaları
- Məzuniyyətdən geriçağırma və ya başqa vaxta keçirilməsi. Məzuniyyətin hissələrə bölünməsi
- Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
- İstifadə edilməyən əmək məzuniyyətinə görə verilən kompensasiya
- Əmək münasibətlərini ləğv etdikdə (xitam verdikdə) məzuniyyət məsələləri necə tənzimlənməsi

 Əmək müqaviləsinə xitam verilməsi (müqavilənin ləğvi)
- Əmək müqaviləsinin ləğvi və xitam verilməsi arasındakı fərq.
- Müqavilənin ləğv edildiyi (xitam verildiyi əsaslar
- Əmək müqaviləsinin ləğvi zamanı məhdudlaşdırıcı hallar və işçilərin təminatları.

Təlim zamanı Kadr kargüzarlığı haqqında məlumat verilir və sənədləşdirmə işlərinin necə aparılması öyrədilir
- Vahid Tarif Sorğu İxtisas Kitabçası
- Departamentlərin əsasnamələri və iş bölgüləri
- Vəzifə təlimatları necə tərtib edilir
- Ştat cədvəlinin hazırlanması və rəsmiləşdirilməsi 
- Əmrlərin növləri. Əmrlərin tərtib edilməsi, rəsmiləşdirilməsi və uçotunun aparılması. Sərəncamlar, protokollar, aktlar 
- Əmək müqavilələrinin uçotunun aparılması
- Ezamiyyətlər
- Xəbərdarlıq və intizam tənbehi verilməsi qaydası və bu zaman nəzərə alınan hallar
- Əmək müqaviləsinə xitam verilməsilə bağlı sənədləşmə
- Əmək kitabçalarının yazılması, uçotu və dublikatların verilməsi
- Hesabatların tərtib edilməsi və dövlət orqanlarına təqdim edilməsi
 

Təlim ümumi olaraq 20 saatlıq proqramı əhatə edir.
 Hər dərs 2 saat təşkil edir.
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan və Equalpress.az portalının təsisçisidir.
 
HR menecment və Keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə, Nazirlər Kabinetinin İçərişəhər İdarəsində çalışmışdır. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group İnvestment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, AZUN, OVEN, Koroğlu, Improtex Industries, GRBS və s şirkətlər üçün HRM, QMS, KPİ üzrə konsultant və kouç xidmətləri göstərmişdir. 
 
Təlim ümumi olaraq 20 saatlıq proqramı əhatə edir. Təlimdə iştirak haqqı 199 AZN-dir. 
 
Təlimə daxildir:
  •  Təlim materialları
  •  İştirak barədə sertifikat və GOLD sertifikat(istəyə bağlı)
Əlaqə: 050 2907193
 
 
 

Seminarda mühasiblər, HR mütəxəssislər və HR Assistentlər iştirak edə bilərlər

ƏMƏK HAQQININ HESABLANMASI QAYDASI (PAYROLL)

Bu Təlim HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

ƏMƏK MƏCƏLLƏSİ VƏ KADR KARGÜZARLIĞI

Bu seminar HR mütəxəssislər və mühasiblər üçün nəzərdə tutlmuşdur.

MƏZUNİYYƏTİN HESABLANMASI VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Bu kurs HR sahəsində yenicə işə başlayanlar, Heç bir təcrübəsi olmayıb bu sahədə...

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR Assistent)

Bu təlim şirkət rəhbərləri və Top menecerləri üçün nəzərdə tutulmuşdur.

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (Rəhbərlər üçün)

Bu təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub: HR sahəsində yenicə işə başlaya...

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ (HR professional)

“İR Planlama və Rekruitment ” mövzusunda sayca 3-cu dəfə praktik təlimə start ve...

İNSAN RESURSLARINI PLANLAMA VƏ REKRUİTMENT

İnsan Resurslarının idarə edilməsi sahəsində çalışan və ya bu sahədə öz biliklər...

PERFORMANS DƏYƏRLƏNDİRMƏ VƏ MOTİVASİYA

Bu təlim İnsan resursları sahəsində iş təcrübəsi olan HR menecerləri, baş və böy...

İŞÇİ TURNOVER VƏ KARYERA İNKİŞAFI PLANLANMASI